Paytaxtda orta yaşlı kişi müxtəlif nahiyələrindən bıçaqlanıb


Sosial 25 Dek 2017 07:26:24 289 0

Paytaxtda orta yaşlı kişi müxtəlif nahiyələrindən bıçaqlanıb

Hadisəni onun tanışı törədib

Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1983-cü il təvəllüdlü Şailov Rəşad Əliyar oğlu 3-cü mikrorayon dairəsində tanışı ilə mübahisə edərək əlbəyaxa olub.

Nəticəddə o, bədənin müxtəlif nahiyələrindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinə məlumat verilib.