Ağdaşda 50 yaşlı kişi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib


Sosial 23 Dek 2017 22:49:46 261 0

Ağdaşda 50 yaşlı kişi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib

İlkin ehtimallara görə, Q.Bəkirov avtomobil tərəfindən vurularaq yaralanıb

Ağdaş rayonunda 50 yaşlı kişi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

"Report"un yerli bürosunun məlumatına görə, 1967-ci il təvəllüdlü Yevlax rayon Qaraoğlan kənd sakini Bəkirov Qara Damət oğluna həkimlər tərəfindən tibbi yardım göstərilib və o, Reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimallara görə, Q.Bəkirov avtomobil tərəfindən vurularaq yaralanıb.

Fakt polis tərəfindən araşdırılır.