Arzu Əliyeva “Harmoniya” sənədli filminin təqdimatında iştirak edib
Kriminal 21 Dek 2025 23:49:00 85 0
Dekabrın 21-də Nizami Kino Mərkəzində Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən "Harmoniya" sənədli filminin təqdimatı keçirilib. Film Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun və Bakı Media Mərkəzinin birgə layihəsidir.
Bu xəbəri də oxu: Beyləqanda 68 yaşlı qadının qətli açılıb Şübhəli saxlanıldı
Son.az AZƏRTAC-a istinadən bildirir ki, filmin təqdimatında Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak edib.
Əvvəlcə film nümayiş etdirilib. Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov film haqqında fikirlərini bölüşüb. O, ekran işində üç müxtəlif dini təmsil edən rəfiqələrin timsalında Azərbaycan xalqının müxtəlif din və xalqlara yanaşmasının ortaya qoyulduğunu bildirib: "Əsrlər, minilliklər boyu bu coğrafiyada Azərbaycan xalqı multikultural dəyərləri, bir-birinə hörməti, çiyin-çiyinə yaşamağı, adət-ənəni növbəti nəsillərə ötürmək kimi çox möhtəşəm bir xüsusiyyəti özündə yaşadır. Bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələri birlikdə yaşayır, fəaliyyət göstərir, yaradır. Təbii ki, bu, Azərbaycan xalqının müdrikliyinin ən bariz nümunələrindən biridir". Komitə sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində multikultural dəyərlər Azərbaycan xalqının adət-ənənəsi kimi qalmadı. O, işğaldan azad edilən ərazilərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyləri nəticəsində bütün ibadət yerlərinin bərpa olunduğunu da diqqətə çatdırıb.
Ekran işinin quruluşçu rejissoru və ssenari müəlliflərindən biri Fuad Məmmədzadə filmin əsas qəhrəmanları olan Nigar, Cəmilə və Sofiya obrazlarının əsasında Azərbaycan üçün təbii olan bir reallığı çatdırmaq istədiklərini deyib.
"Azərbaycan dünyada nadir ölkələrindəndir ki, burada eyni zamanda müsəlman, yəhudi və xristianlar vahid ailə kimi yaşayır. Biz həmin xanımların timsalında bir mesaj vermək istəyirik ki, bu, həqiqətən də mümkündür", - deyə o bildirib.
Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsal etdiyi sənədli film Azərbaycanda müxtəlif din mənsublarının birgəyaşayışı üçün yaradılmış imkanlar, dinlərarası harmoniyanın təbliği məqsədilə hazırlanıb. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissoru Fuad Məmmədzadə, ssenari müəllifləri Fuad Məmmədzadə və Ramil Ələkbərov, quruluşçu operatoru Ziya Babayev və bəstəkarı Hafiz İbrahimlidir.
Şəkidə anası ilə qonşuya gedən uşağa canavar hücum edib. Ananın haray
"112" qaynar telefon xəttinə Xırdalanda Məmməd Əmin Rəsulzadə
Bakının 8 km Neftçilər ərazisində yerləşən Məlhəm Hospitalda yanğın
Türkiyənin məşhur "Konuşanlar" verilişində azərbaycanlı qız�
Fransa Prezidentinin rəsmi iqamətgahı olan Yelisey Sarayından ümumi dəyər
Bakıda yerləşən 112 nömrəli tam orta məktəbdə boğazında çörək qala
Bir çox insanın yuxudan qəfil diksinərək oyanmasına səbəb olan "uç
Yuxu keyfiyyəti həyat keyfiyyətinə birbaşa təsir edir. Gecə saatlarında
Cəlilabad rayonunun Alar kəndinin mərkəzində park salınır.
Mərhum aktyor Azər Baxşəliyevin ailəsində özəl gün qeyd olunur. Aktyoru
Kino tarixi hər dövrün ruhunu, insan təbiətinin qaranlıq və aydın tərə
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan vasitəsilə Ermənistana
