Makronun sarayında minlərlə avroluq qarət Oğurlayıb hərraca çıxardılar
Dünya 21 Dek 2025 22:56:00 71 0
Fransa Prezidentinin rəsmi iqamətgahı olan Yelisey Sarayından ümumi dəyəri 40 min avroya yaxın olan gümüş və farfor qab-qacaq dəstləri oğurlanıb. Oğurlanan əşyaların bir qisminin Fransanın milli irsi siyahısına daxil olduğu bildirilir.
Bu xəbəri də oxu: Putin Makronla dialoqa hazırdır Peskov
Son.az xəbər verir ki, hadisə ilə bağlı həyəcan təbili sarayın baş nəzarətçisi tərəfindən çalınıb. İtmiş əşyaların əksəriyyəti 1759-cu ildən bəri dövlətə məxsus olan məşhur Paris "Sevr" (Sèvres) manufakturasına aid olub.
Məsələnin maraqlı tərəfi odur ki, oğurluq faktı manufaktura nümayəndələrinin itmiş qabları "Vinted" kimi məşhur onlayn satış platformalarında tapmasından sonra üzə çıxıb. Belə ki, satışa çıxarılan külqabıların üzərindəki "Fransa Hərbi Hava Qüvvələri" və "Sevr Manufakturası" yazıları onların sərbəst satış üçün nəzərdə tutulmadığını dərhal sübut edib.
Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində izin iqamətgahın daxili işçilərindən birinə - gümüş qablar üzrə sərəncamçıya aid olduğu müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, həmin şəxs onlayn qab-qacaq satışı ilə məşğul olan şirkətin meneceri ilə əlbir olub.
Şübhəli şəxsin evində, avtomobilində və iş yerindəki şkafında aparılan axtarışlar zamanı 100-ə yaxın nadir əşya aşkar edilib:
"Sevr" farforları; Zərgər Rene Lalikin hazırladığı heykəlcik; Məşhur "Baccarat" brendinə aid şampan qədəhləri; Mis qazanlar.Hazırda saray işçisi və onun iki ortağı saxlanılıb, oğurlanmış bütün əşyalar isə Yelisey Sarayına qaytarılıb. Şübhəli şəxsləri milli irsə aid əmlakı oğurlamaqda ittiham edirlər. Onları 10 ilə qədər həbs cəzası və 150 min avro məbləğində cərimə gözləyir. Lalə Qüdrətova Son.az
Bakıda yerləşən 112 nömrəli tam orta məktəbdə boğazında çörək qala
Bir çox insanın yuxudan qəfil diksinərək oyanmasına səbəb olan "uç
Yuxu keyfiyyəti həyat keyfiyyətinə birbaşa təsir edir. Gecə saatlarında
Cəlilabad rayonunun Alar kəndinin mərkəzində park salınır.
Mərhum aktyor Azər Baxşəliyevin ailəsində özəl gün qeyd olunur. Aktyoru
Kino tarixi hər dövrün ruhunu, insan təbiətinin qaranlıq və aydın tərə
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan vasitəsilə Ermənistana
Kombilərinizin illik baxımı aparılmadıqda, onlar daha çox qaz sərf edir v
Uzunmüddətli saxlanmaya yalnız yaxşı qurudulmuş soğanlar uyğundur.
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qu
Xəbər verdiyimiz kimi, Tərtər rayon sakini Solmaz Fərzəliyeva suvarma kana
Dəmir preparatlarını qəhvə, çay, şərab və süd məhsulları ilə qəbul
