Bakıda 44 yaşlı kişi özünü tut ağacından asıb


Sosial 22 Dek 2017 09:26:28 386 0

Bakıda 44 yaşlı kişi özünü tut ağacından asıb

Faktla bağlı cinayət işi açılıb

Bakıda 44 yaşlı kişi özünü asaraq intihar edib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib. 

Belə ki, Yavər Həsənov küçəsindəki evlərdən birində yaşayan 1973-cü il təvəllüdlü Nəbiyev Allahverdi Qədir oğlu özünü həyətdəki tut ağacından asaraq intihar edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.