Bakıda həbsxanaya psixotrop maddə keçirilməsinin qarşısı alınıb - FOTO


Sosial 21 Dek 2017 19:28:03 233 0

Bakıda həbsxanaya psixotrop maddə keçirilməsinin qarşısı alınıb - FOTO

Faktla bağlı araşdırma aparılır

Bakıda həbsxanaya psixotrop maddə keçirilməsinin qarşısı alınıb. 

Bu barədə "Report"a Ədliyyə Nazirliyi Pentensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Belə ki, Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Məmmədov Vüsal Əlövsət oğlunun yanına qısa müddətli görüşə gəlmiş qohumu Qaniyev Bayram Məmmədağa oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman 400 qr həcmində üzərində “İvanovka şor” yazılmış plastik qabda olan şorun içərisinə tramodol preparatının qatışdırılması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.