Binəqədidə ər arvadını boyun nahiyəsindən bıçaqlayıb


Sosial 21 Dek 2017 02:54:35 293 0

Binəqədidə ər arvadını boyun nahiyəsindən bıçaqlayıb

Hadisə mübahisə zəminində baş verib

Bakının Binəqədi rayonunda ər və arvad arasında düşən mübahisə, sonda bıçaqlanma ilə nəticələnib.

“Report” xəbər verir ki, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Həyat yoldaşı 1983-cü il təvəllüdlü Yardımlı rayon sakini Məmədova Xəyalə Yaqub qızının boyun nahiyəsinə iki bıçaq zərbəsi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib. Fakt araşdırılır.