Qərb bölgəsində yol qəzası nəticəsində sürücü və sərnişin yaralanıb


Sosial 18 Dek 2017 00:39:13 315 0

Qərb bölgəsində yol qəzası nəticəsində sürücü və sərnişin yaralanıb

Faktla bağlı araşdırma aparılır

Tovuzun Çataq kəndində baş verən avtomobil qəzası nəticəsində sürücü və sərnişini yaralanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, avtomobilin maneyə çırpılması nəticəsində 1963-cü il təvəllüdlü sürücü Süleyman Hüseyn oğlu İsmayılov və onun 1995-ci il təvəllüdlü sərnişini Reyhan Mehdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.