Şəmkirdə qəbiristanlıqdan oğurluq olub


Sosial 14 Dek 2017 15:17:08 262 0

Şəmkirdə qəbiristanlıqdan oğurluq olub

Sinə daşı və xeyli sayda mərmər güldan oğurlanıb

 Şəmkir rayonunda qəbiristanlıqdan oğurluq olub.

"Report"un Qərb bürosunun məlumatına görə, oğurluq faktı rayonun Qasımalılar kəndində qeydə alınıb. 

Belə ki, naməlum şəxs və ya şəxslər tərəfindən sinə daşı və xeyli sayda mərmər güldan oğurlanıb. 

Hadisə ilə bağlı kənd sakinləri hüquq-mühafizə orqanlarına məlumat verib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.