Biləsuvarda dumanlı hava şəraiti avtomobillərin hərəkətində problemlər yaradıb - FOTO


Sosial 12 Dek 2017 22:57:27 290 0

Biləsuvarda dumanlı hava şəraiti avtomobillərin hərəkətində problemlər yaradıb - FOTO

Bu gün axşam saatlarından başlayaraq rayon ərazisində duman müşahidə olunur

Biləsuvar rayonunda dumanlı hava şəraiti avtomobillərin hərəkətində qismən problemlər yaradıb.

“Report”un Aran bürosunun məlumatına görə, bu gün axşam saatlarından başlayaraq rayon ərazisində duman müşahidə olunur.

Nəticədə rayon ərazisində və eyni zamanda Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.

Həmçinin dumanlı hava rayonun bir neçə kənd yollarında da avtomobillərin hərəkətinə mane olur.

Sözügedən ərazilərdə bu dəqiqəyə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.