Metronun "Nəsimi" stansiyasında 29 yaşlı gənc relslərin üzərinə yıxılıb


Sosial 12 Dek 2017 13:02:05 257 0

Metronun "Nəsimi" stansiyasında 29 yaşlı gənc relslərin üzərinə yıxılıb

Nəsimi Paşayev: “Sərnişin heç bir xəsarət almayıb”

"Bakı Metropoliteni" QSC-nin "Nəsimi" stansiyasında 29 yaşlı gənc relslərin üzərinə yıxılıb.

“Report” xəbər verir ki, bunu metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, hadisə bu gün saat 12:15 radələrində baş verib. Belə ki, "Nəsimi" stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb: "Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb. Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Paşayev Oktay başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib".