Ağdaşda 16 yaşlı qız müəmmalı şəkildə ölüb - YENİLƏNİB


Sosial 12 Dek 2017 10:47:00 235 0

Ağdaşda 16 yaşlı qız müəmmalı şəkildə ölüb - YENİLƏNİB

Faktla bağlı araşdırma aparılır

Ağdaş rayonunda müəmmalı şəkildə ölən 16 yaşlı qızın kimliyi məlum olub.

"Report"un  yerli bürosunun məlumatına görə, rayonun Lək kənd sakini, 2001-ci il təvəllüdlü Mehriban Mehman qızı Osmanovanın meyiti yaşadığı evin həyətindəki "turnik"in yanında ölmüş vəziyyətdə aşkarlanıb. 

Qeyd edək ki, M.Osmanova 10-cu sinif şagirdidir. Yaxınları onun "turnik"dən yıxılaraq öldüyünü bildiriblər. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

***10:11

Ağdaş. 12 dekabr.