Mingəçevirdə naməlum kişi meyiti tapılıb


Sosial 12 Dek 2017 09:37:46 208 0

Mingəçevirdə naməlum kişi meyiti tapılıb

Ölənin şəxsiyyətyi və ölüm səbəbi araşdırılır

Mingəçevir şəhərində naməlum kişi meyitib tapılıb. 

"Report"un Şirvan bürosunun məlumatına görə, meyit şəhərin 20 yanvar küçəsi ilə A.Məmmədov küçəsinin kəsişməsində yerləşən yaşıllıq zolağında aşkarlanıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə yerləşdirilib. 

Ölənin şəxsiyyətyi və ölüm səbəbi araşdırılır.