Azərbaycanda tıxac vergisi tətbiq oluna bilər: 5 MANAT
Digərləri 17 Dek 2025 12:28:00 72 0
Azərbaycanda tıxac probleminin aradan qaldırılması üçün yeni mexanizmin tətbiqi müzakirə olunur.
Bu xəbəri də oxu: Mandarin yeyəndən sonra dişləri niyə fırçalamalıyıq?
Son.az xəbər verir ki, dünya praktikasında geniş istifadə edilən "tıxac vergisi"nin ölkəmizdə də tətbiqi gündəmdədir. Sözügedən sistem əsasən iri şəhərlərin mərkəzi hissələrində və nəqliyyatın sıx olduğu ərazilərdə tətbiq olunur. Məqsəd sürücüləri şəxsi avtomobildən daha az istifadə etməyə, ictimai nəqliyyata üstünlük verməyə təşviq etməkdir.
Ekspertlərin fikrincə, bu üsul həm yol hərəkətinin intensivliyini azaltmağa, həm də atmosferə atılan zərərli qazların həcmini minimuma endirməyə kömək edə bilər. Beləliklə, şəhər mərkəzlərində tıxac probleminin qarşısının alınması hədəflənir.
Qeyd olunur ki, tıxac vergisi dünya ölkələrində artıq sınaqdan çıxmış təcrübədir. Məsələn, Londonda bu sistem 2000-ci ildən tətbiq olunur və hazırda giriş haqqı təxminən 35 manata bərabərdir. Stokholm və Sinqapurda da oxşar mexanizmlər mövcuddur. Xüsusilə Sinqapurda bu sistem hələ 1975-ci ildən tətbiq edilir və effektiv nəticə verib.
Məlumatlara görə, sistemin tətbiqi zamanı şəhərin giriş-çıxış yollarında xüsusi terminallar quraşdırılmalıdır. İlkin ehtimallara əsasən, Azərbaycanda tətbiq ediləcəyi təqdirdə giriş haqqının təxminən 5 manat olacağı güman edilir. Lakin yekun məbləğin dəqiq hesablamalardan sonra müəyyənləşəcəyi bildirilir.
Hazırda məsələ müzakirə mərhələsindədir və qərar qəbul edilərsə, tətbiq mexanizmi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Hüseyn Son.az
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş musiqisevərləri yeni layihəs
"Xəzər" Media Mərkəzinin (Xəzər TV) baş direktoru, Xalq artisti
Naxçıvan-Bakı avtobus xətti ilə gələn vətəndaşlar Biləsuvar gömrük
Paytaxtın Yasamal rayonu ərazisində "Avant Park" yaşayış komplek
Xəbər verdiyimiz kimi, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi
Bakıda 31 yaşlı qadın dəm qazından boğulub.
""Odda yanmaz", suda batmazam""
Sosial mediada məşhur simalardan biri kimi tanınan iranlı bloqer Anahita Na�
Məşhur bloger Azər Qərib son paylaşımlarından birində hava nəqliyyatın
Boy, çəki, hətta geyim ölçüsünə aid tələblər var...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmi
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb olunan və bar
Böyük Britaniyanın Teleford şəhərindən olan Linn Abeyansın burnu Türkiy
ABŞ Prezidenti Donald Tramp daha yeddi ölkənin vətəndaşları və Fələsti
