Təyyarədə əvvəlki kimi dərman apara bilməyəcəksiz YENİ QAYDALAR
Digərləri 17 Dek 2025 11:36:00 74 0
Məşhur bloger Azər Qərib son paylaşımlarından birində hava nəqliyyatında dərman daşınması ilə bağlı tətbiq olunan yeni tələblərdən danışıb.
Bu xəbəri də oxu: Beldəki səpkilərin yaranma səbəbi açıqlandı
Son.az xəbər verir ki, onun sözlərinə görə, dərmanlarla bağlı 2026-cı ildən etibarən bəzi məhdudiyyətlər yaranacaq.
Blogerin açıqlamasında bildirilir ki, yenilənmiş tələblərə əsasən, təyyarə ilə səyahət zamanı dərman vasitələri yalnız istehsalçı tərəfindən təqdim olunan orijinal qablaşdırmada daşına bilər. Dərmanların başqa qablara tökülməsi, paketlənməsi və ya açıq şəkildə aparılması artıq yolverilməz hesab olunur. Bu cür hallarda dərmanlar təhlükəsizlik yoxlaması zamanı müsadirə edilə və sərnişin əlavə çətinliklərlə üzləşə bilər.
Azər Qərib qeyd edib ki, bu qaydaların əsas məqsədi uçuşların təhlükəsizliyini təmin etmək, həmçinin dərman vasitələrinin tərkibi və mənşəyi ilə bağlı yarana biləcək sualların qarşısını almaqdır.
Mütəxəssislər də sərnişinlərə səfər öncəsi daşıyacaqları dərmanlarla bağlı aviaşirkətlərin və hava limanlarının rəsmi qaydalarını öncədən yoxlamağı tövsiyə edirlər. Zəruri hallarda isə həkim resepti və ya tibbi arayışın da üzərində saxlanılması məsləhət görülür.
Aysel Əkbər Son.az
Boy, çəki, hətta geyim ölçüsünə aid tələblər var...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmi
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb olunan və bar
Böyük Britaniyanın Teleford şəhərindən olan Linn Abeyansın burnu Türkiy
ABŞ Prezidenti Donald Tramp daha yeddi ölkənin vətəndaşları və Fələsti
Su Nəqliyyatında Polis İdarəsi Zığ Limanında Xətt Polis Bölməsinin əm
Böyük Britaniya hökuməti Apple və Google şirkətlərinə yeni tələblər
Astrologiyaya görə, aşiq olmaq və hisslərini göstərməkdə ən çox çət
17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhər
Sumqayıtda 16 yaşlı oğlan bıçaqlanıb.
Veyplər süd vəzi xərçəngi riskini artıra bilər.
Sosial şəbəkədə vəkil Nemət Kərimli və onun yaxınlarının ünvanına
"WhatsApp" mesencerinə bir sıra yeni funksiyalar əlavə edilib.
Məşhur türkiyəli müğənni Demet Akalın dəbdəbəli aksesuarı sosial ş�
