Bakıda gənc qız avtomobil tərəfindən vurularaq ağır xəsarət alıb


Sosial 09 Dek 2017 08:34:32 229 0

Bakıda gənc qız avtomobil tərəfindən vurularaq ağır xəsarət alıb

Onun vəziyyəti ağır olaraq qalır

Bakıda avtomobillə vurulan gənc qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Maştağa qəsəbəsində 1995-ci il təvəllüdlü Abdullayeva Əsmər Zahid qızını minik avtomobili vurub. Yaralını təcili yardım vasitəsilə xəstəxanaya yerləşdiriblər. Həkimlərin verdiyi məlumata görə, Ə.Abdullayevanın ciyəri partlayıb və sağ baldır sümüyü sınıb. Onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.