Samuxda gənc qız normadan artıq ağrıkəsici qəbul etdiyi üçün zəhərlənib


Sosial 08 Dek 2017 15:36:49 313 0

Samuxda gənc qız normadan artıq ağrıkəsici qəbul etdiyi üçün zəhərlənib

Faktla bağlı araşdırma aparılır

Samux rayonunda gənc qız normadan artıq ağrıkəsici dərman preparatları qəbul etdiyi üçün zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1990-cı il təvəllüdlü Yeganə Adil qızı Əliyeva yaşadığı evdə çoxlu sayda ağrıkəsici dərmanı qəbul edib. Sonradan halı pisləşən gənc qız yaxınları tərəfindən xəstəxanaya yerləşdirilıb. Xəstəxanadan "Report"un  yerli bürosuna qadının vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.