Yevlaxda təmir zamanı "KamAZ"ın təkəri partlayıb, 3 nəfər xəsarət alıb


Sosial 08 Dek 2017 14:33:25 284 0

Yevlaxda təmir zamanı "KamAZ"ın təkəri partlayıb, 3 nəfər xəsarət alıb

Faktla bağlı ararşdırmalara başlanılıb

 Yevlax rayonunda təmir zamanı "KamAz" markalı yük maşınının təkəri partlayıb. 

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Malbinəsi kəndi ərazisində yerləşən təkər təmiri sexində baş verib.

Belə ki, yük maşınının təkərini təmir edərkən hava sıxlığından təkər partlayıb və dəmir konstruksiyalar ətrafdakılara xəsarət yetirib. Hadisə zamanı üç nəfər - Yevlax rayon sakinləri, 1983-cü il təvəllüdlü Daşqın Meybulla oğlu Sərxoşov, 1987-ci il təvəllüdlü İsmayıl Arif oğlu Cəbrayılov və Beyləqan rayon sakini, 1992-ci il təvəllüdlü Rabil Rubayil oğlu Həsənov Yevlax müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı ararşdırmalara başlanılıb.