Bakıda gənc qız özünü binanın 10-cu mərtəbəsindən yerə atıb


Sosial 08 Dek 2017 06:43:24 263 0

Bakıda gənc qız özünü binanın 10-cu mərtəbəsindən yerə atıb

O, hadisə yerində ölüb

Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, 24 yaşlı qız (hələlik ad-soyadı məlum deyil) metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən hündürmərtəbəli yeni tikilinin 10-cu mərtəbəsindən özünü yerə atıb.

Gənc qız hadisə yerində ölüb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.