Bakıda "Mercedes" yüksək sürətlə gələrək işıqforda dayanan iki maşına çırpılıb - FOTO


Sosial 08 Dek 2017 03:44:41 273 0

Bakıda "Mercedes" yüksək sürətlə gələrək işıqforda dayanan iki maşına çırpılıb - FOTO

Nəticədə hər üç avtomobilə ciddi ziyan dəyib, sürücü yaralanıb

Bakının Xətai rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, 1981-ci il təvəllüdlü Mustafayev Elmar Telman oğlu Babək prospektində idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən sürət həddini aşıb.

Həmin vaxt işıqforun qırmızı işığında dayanan avtomobilləri görməyən sürücü idarəetməni itirərək yüksək sürətlə "Toyota Land Cruiser" və "KİA" markalı maşınlara çırpılıb. Nəticədə hər üç avtomobilə ciddi ziyan dəyib. Sürücü E.Mustafayev müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları hadisənin baş verdiyi əraziyə cəlb edilib. Araşdırma aparılır.