Kanal rəhbəri və aparıcının narkotik testlərinin cavabı açıqlandı


Digərləri 15 Dek 2025 23:50:00 81 0

Kanal rəhbəri və aparıcının narkotik testlərinin cavabı açıqlandı

Türkiyədə həyata keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılaraq həbs edilən jurnalist Mehmet Akif Ersoyun narkotik testi pozitiv nəticə verib. Ersoy ifadəsində "heç vaxt narkotik istifadə etməmişəm" desə də, aparılan ekspertiza zamanı saç nümunələrində kokain və onun metabolitlərinə rast gəlinib.

Eyni əməliyyat çərçivəsində saxlanıldıqdan sonra sərbəst buraxılan və irəli sürülən ittihamları rədd edən aparıcı Ela Rumeysa Cebecinin də narkotik testlərinin pozitiv çıxdığı bildirilib. Məlumata görə, Cebecinin saç nümunələrində esrar, sintetik narkotik maddələr, kokain və onun metabolitləri aşkarlanıb. Qan nümunələrində isə narkotik maddəyə dair tapıntı qeydə alınmayıb.

Son.az xəbər verir ki, aparıcı Meltem Acetin narkotik testlərinin nəticələrinin mənfi olduğu açıqlanıb. Eyni istintaq çərçivəsində testləri aparılan daha beş nəfərin nəticələrinin isə pozitiv olduğu öyrənilib.

Hadisə ilə bağlı bildirilib ki, Ədli Tibb Qurumunda Mehmet Akif Ersoy və şübhəli şəxslərdən saç və qan nümunələri götürülüb. Test nəticələrinə əsasən, Ersoyun qanında narkotik maddəyə rast gəlinməsə də, saç analizlərində kokain və törəmələri müəyyən edilib.

İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində Mehmet Akif Ersoy və daha üç nəfər İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən saxlanılmışdı. Daha sonra Ersoy TMSF tərəfindən Habertürk TV-nin Baş Yayım Direktoru vəzifəsindən uzaqlaşdırılmışdı.

Mehmet Akif Ersoy barəsində məhkəmə tərəfindən "narkotik maddə istifadəsi üçün şərait yaratmaq", "ətrafındakı qadınları cinsi münasibətə cəlb edərək maddi və sektoral qazanc əldə etmək" və "cinayətkar qrup yaratmaq və idarə etmək" ittihamları ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, aparıcılar Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu da eyni istintaq çərçivəsində saxlanılmış, daha sonra Ədli Tibb Qurumuna göndərilmişdilər. Lalə Qüdrətova Son.az

Öpüşmə səhnələrində rol almayacaq  arvadı like
  • 15 Dek 23:38  
Şou-biznes Öpüşmə səhnələrində rol almayacaq arvadı

64 yaşlı Hollivud ulduzu Corc Kluni maraqlı açıqlama verib.

arrow Ətraflı
100 manat başına bəla oldu like
  • 15 Dek 23:27  
Digərləri 100 manat başına bəla oldu

Xəbər verdiyimiz kimi, Azərbaycan Universitetində 18 yaşlı tələbə yıx�

arrow Ətraflı
Zakir Qaralova ağır itki like
  • 15 Dek 23:24  
Digərləri Zakir Qaralova ağır itki

Azərbaycanın sabiq Baş prokuroru Zakir Qaralova ağır itki üz verib. 

arrow Ətraflı
Azərbaycan bu dəfə İranı bağışlayacaq? like
  • 15 Dek 23:23  
Siyasət Azərbaycan bu dəfə İranı bağışlayacaq?

Rəsmi Tehranın "Azərbaycanla əlaqələr bizim üçün çox önəmlidir&

arrow Ətraflı
Türkiyə Qara dəniz üzərində pilotsuz uçan aparatı zərərsizləşdirib like
  • 15 Dek 23:08  
Digərləri Türkiyə Qara dəniz üzərində pilotsuz uçan aparatı zərərsizləşdirib

Qara dənizdə son günlər müşahidə olunan gərginlik fonunda yeni hadisə b

arrow Ətraflı
Emin Əmrullayev: Məktəbli çantalarını yükləyən tərəf nazirlik deyil like
  • 15 Dek 23:05  
Digərləri Emin Əmrullayev: Məktəbli çantalarını yükləyən tərəf nazirlik deyil

Məktəbli çantalarının ağırlıq problemi var, dərs vəsaitlərindən kən

arrow Ətraflı
Nüşabə Ələsgərli vardövlətini açıqladı like
  • 15 Dek 22:51  
Şou-biznes Nüşabə Ələsgərli vardövlətini açıqladı

Əməkdar artist Nüşabə Ələsgərli var-dövlətini açıqlayıb.

arrow Ətraflı
Azərbaycan mebel idxalını artırıb like
  • 15 Dek 22:42  
Digərləri Azərbaycan mebel idxalını artırıb

Bu ilin ilk on ayı ərzində Azərbaycana 362 milyon 760 min manatlıq mebel id

arrow Ətraflı
Nadir hallarda qadınların başına gəlir, amma səbəb eynidir like
  • 15 Dek 22:30  
Digərləri Nadir hallarda qadınların başına gəlir, amma səbəb eynidir

Qadınlarda saç tökülməsi kişilərlə müqayisədə daha nadir hallarda mü

arrow Ətraflı
"3 ildir övladımı görə bilmirəm" like
  • 15 Dek 22:26  
Şou-biznes "3 ildir övladımı görə bilmirəm"

Aktyor Müşviq Şahverdiyev 3 ildir övladını görə bilmir. 

arrow Ətraflı
"Ramiz Mehdiyevin ardınca iki böyük vəzifəli şəxs də həbs olunacaq"  Zirəddin Rzayev like
  • 15 Dek 22:15  
Digərləri "Ramiz Mehdiyevin ardınca iki böyük vəzifəli şəxs də həbs olunacaq" Zirəddin Rzayev

Hər ilin sonuna yaxın cəmiyyətdə eyni maraq yenidən canlanır: qarşıdak�

arrow Ətraflı
Ağdamda iki qardaş bıçaqlandı like
  • 15 Dek 22:04  
Kriminal Ağdamda iki qardaş bıçaqlandı

Ağdamda iki qardaş bıçaqlanıb.

arrow Ətraflı
Gizir Xanıya şəhidlik statusu verildi like
  • 15 Dek 22:01  
Digərləri Gizir Xanıya şəhidlik statusu verildi

Ağdamda minaya düşərək həlak olan Gizir Xanıya şəhidlik statusu verilib

arrow Ətraflı