Türkiyə Qara dəniz üzərində pilotsuz uçan aparatı zərərsizləşdirib
Digərləri 15 Dek 2025 23:08:00 78 0
Qara dənizdə son günlər müşahidə olunan gərginlik fonunda yeni hadisə baş verib. Türkiyəyə məxsus F-16 qırıcıları Qara dəniz üzərindən hava məkanına yaxınlaşan bir pilotsuz uçuş aparatını (PUA/İHA) vuraraq zərərsizləşdirib.
Son.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Qara dəniz üzərindən Türkiyənin hava məkanına yaxınlaşan naməlum hava izi aşkar edilib və mövcud prosedurlara uyğun olaraq nəzarətə götürülüb. Hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə NATO və Milli Nəzarət çərçivəsində F-16-lara həyəcan reaksiya tapşırığı verilib.
Aparılan yoxlamalar zamanı hava izinin idarəetmədən çıxmış bir pilotsuz hava aparatı olduğu müəyyən edilib. Hər hansı mənfi hadisənin qarşısını almaq üçün İHA məskunlaşmış ərazilərdən kənarda, təhlükəsiz zonada vurularaq yerə endirilib.
Nazirliyin açıqlamasında bildirilir ki, hadisə tam nəzarət altında həyata keçirilib və mülki əhali üçün heç bir təhlükə yaranmayıb.
Qeyd edək ki, bu hadisə Ukraynanın son həftələrdə Rusiyaya neft daşıyan tankerlərə hücumlarından sonra Qara dənizdə təhlükəsizlik vəziyyətinin yenidən diqqət mərkəzinə düşdüyü bir dövrdə baş verib.
Lalə Qüdrətova Son.az
Məktəbli çantalarının ağırlıq problemi var, dərs vəsaitlərindən kən
Bəzi qidaları soyuducuya qoymaq tövsiyyə edilmir.
Əməkdar artist Nüşabə Ələsgərli var-dövlətini açıqlayıb.
Bu ilin ilk on ayı ərzində Azərbaycana 362 milyon 760 min manatlıq mebel id
Qadınlarda saç tökülməsi kişilərlə müqayisədə daha nadir hallarda mü
Hər ilin sonuna yaxın cəmiyyətdə eyni maraq yenidən canlanır: qarşıdak�
Ağdamda minaya düşərək həlak olan Gizir Xanıya şəhidlik statusu verilib
Bəzi yeməklər var ki, onları qızdırmaq üçün yenidən tavaya tökdükdə
Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, g�
Müğənni Nadir Qafarzadə efirdə duyğusal anlar yaşayıb.
Balakən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2
Sobada və ya yüksək temperaturda bişirilən sütlac düzgün hazırlanmadıq
Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin həkimi Debora Li yuxu üçün
