Altay Həsənov: "Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsinə iki namizəd var"


Sosial 06 Dek 2017 15:29:15 313 0

Altay Həsənov: "Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsinə iki namizəd var"

Fərid Qayıbov AGF baş katibi vəzifəsindən ayrılacaq

Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilən Fərid Qayıbov Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi vəzifəsindən ayrılacaq.

“Report” xəbər verir ki, bu barədə F.Qayıbov özü məlumat verib. 

O, bunu UEG-nin prezidenti seçilməsi ilə əlaqləndirib.

F.Qayıbov baş katib vəzifəsindən azad olunması üçün AGF rəhbərliyinə ərizə ilə müraciət etdiyini söyləyib.

AGF-nin vitse-prezidenti Altay Həsənov isə baş katib vəzifəsinə iki namizədin olduğunu bildirib və bununla bağlı ayın sonunda qərar veriləcəyini deyib.