“CineMastercard”da Yeni il festivalında “Stiçhed. Şirin Xoxan” animasiyasının azərbaycanca dublyajı
Digərləri 15 Dek 2025 15:20:00 87 0
"Dəniz Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" premium kinoteatrında Azərbaycan dilinə dublyaj olunmuş "Stiçhed. Şirin Xoxan" animasiya filminin nümayişi ilə rəngarəng Yeni il festivalı keçirilib.
Bu xəbəri də oxu: Yanan binanın sakinlərinə təzminat ayrıldı
Filmin səsləndirilməsi üçün tanınmış aktyorlar və bloqerlər dəvət olunub: Nofəl Şahlaroğlu, Cəmil Məmmədli, Emil Musayev, Lalə Süleymanova, Erkin Ergin, Nəcibə Hüseynova, Səid Məmmədov, Sevda Bıyık və başqaları. Layihənin rəhbəri və səs rejissoru - Teymur Kərimov, dublyaj və adaptasiya rejissoru isə Vüqar Hüseynovdur.
Qonaqları zəngin əyləncə proqramı gözləyirdi: Yeni il geyimli personajlar, kloun Aquşanın şou proqramı, uşaqlar üçün bayram akvaqrimi ilə Face Art, müxtəlif yeni il şirniyyatları, eləcə də filmin əsas qəhrəmanı - mehriban Stiçhed, balaca tamaşaçıları şəxsən qarşılayaraq bayramı unudulmaz etdi.
Animasiya filmin süjeti: Sakit qəsəbənin üzərində ucalan qalanın qülləsində dəli professor qorxunc varlıqlar yaradır, lakin onlara çox tez marağını itirir. Yeni yaranan məxluqların qayğısı isə Stiçhedin üzərinə düşür. O, professorun ilk əsəridir - qaladakı canlıların mehriban qoruyucusu və sadiq keşikçisidir. Yalnız o, ən vəhşi instinktli məxluqları belə sakitləşdirə bilir. Lakin bir gün qonşu şəhərə səyyar sirk gəlir və publikanı əyləndirmək üçün varlıqlar axtaran hiyləgər direktor Stiçhedi aldadaraq onu doğma qaladan uzaqlaşdırır. O, ona şöhrət, sərvət və hətta sevgi vəd edir.
Azərbaycan Universitetinin tələbəsi bu gün təhsil müəssisəsinin birinci
Fiziki şəxslər evlərini kirayəyə verdikdə 10 faiz vergi ödəyəcəklər.
Hindistanın paytaxtı Dehli və ətraf bölgələr ciddi hava çirkliliyi səb�
Azərbaycan ilə Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza r
Azərbaycan və Surinam arasında viza rejimi qismən ləğv edilib.
Xəbər verdiyimiz kimi, dekabrın 14-də Sidneydə terror hadisəsi baş verib.
Azərbaycanla Qvineya-Bisau arasında diplomatik, xidməti və xüsusi pasport s
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təlt
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali
Aida Əli qızı Hüseyn Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sə
Dekabrın 16-dan 17-si gündüzədək Azərbaycanın bəzi rayonlarında hava ş
Əməkdar artist Vasif Məhərrəmli canlı yayımda efirə sərxoş vəziyyətd
Bakı limanının ərazisində yük avtomobili dənizə düşmək təhlükəsi i
Ukrayna ərazi müdafiə bölmələri Baxmut yaxınlığında mülki BMW 7-serie
Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Mərkəzi Xəstəxanasının di
