Kirayə evlər bahalaşacaq


Digərləri 15 Dek 2025 14:50:00 50 0

Kirayə evlər bahalaşacaq

Fiziki şəxslər evlərini kirayəyə verdikdə 10 faiz vergi ödəyəcəklər. Bu artıq qanunla təsdiqlənib.

Son.az xəbər verir ki, fiziki şəxslərə məxsus yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib. Məqsəd vergidən yayınma hallarının aradan qaldırılması və kirayə bazarının rəsmiləşdirilməsini təşviq etməkdir.

Belə ki, ev sahibləri və kirayəçilər arasında müqavilə bağlanması praktiki əhəmiyyət daşıyır. Müqavilə həm tərəflərin hüquqlarını qoruyur, həm də kirayədə qaldığını rəsmi şəkildə sübut etməyə imkan verir. Məsələn, kommunal xərclər və kiçik təmir işləri kirayəçilərin üzərinə düşür və bu, müqavilə ilə aydın şəkildə tənzimlənir.

Rieltorlara görə, bazarda müqavilə ilə mənzil götürmək istəyənlərin sayı artır, lakin mənzil qıtlığı mövcuddur. Həm sahibkarlar, həm də kirayəçilər üçün istər daşınmaz əmlak şirkətləri, istər notariuslar vasitəsilə müqavilə bağlamaq vacibdir.

Vergi dərəcəsinin azaldılması bazarda rəsmi münasibətləri təşviq etsə də, sənədsiz mənzillərlə bağlı suallar hələ də açıq qalır. Ekspertlər bildirir ki, çıxarışı olmayan mənzillər üzərində əməliyyat aparmaq mümkün deyil və belə mənzillərə vergi tətbiq olunmayacaq.

Mütəxəssislərin sözlərinə görə, vergi yükünün kim tərəfindən ödənilməsi kirayə qiymətlərinə təsir edə bilər. Qanun tərəflərə qarşılıqlı razılaşma əsasında verginin ödənilməsini nəzərdə tutur. Təcrübədə isə sahibkarlar ehtimal ki, 10 faizlik vergi yükünü kirayə qiymətinə əlavə edəcəklər, bu isə az da olsa, bazarda qiymətlərin artmasına təsir göstərə bilər.

Dövlət Vergi Xidməti qeyd edir ki, çıxarışı olmayan mənzillərə vergi tətbiq olunmayacaq. Bütün bu yeniliklərdə əsas məqsəd isə kirayə bazarında şəffaflığı artırmaqdır. Kirayə bazarı üzrə ağarmaya və könüllü əməletməyə nail olmaq məqsədilə fiziki şəxslərə məxsus olan yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsinin optimallaşdırılaraq 14 faizdən 10 faizə endirilməsi nəzərdə tutulur. Bu, vergi yükünün təxminən 30 faiz azalması deməkdir. Sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud hüquqi şəxslərə kirayə verilən əmlaklar üçün isə 14  faizlik vergi dərəcəsi dəyişməz qalır.

Mütəxəssislər hesab edir ki, dəyişikliyin məqsədi vergidən yayınma hallarının qarşısını almaq, fiziki şəxslərə məxsus yaşayış sahələri üzrə kirayə müqavilələrinin və bu, bu əməliyyatların rəsmiləşdirilməsini təşviq etməkdir.

Mina Mikayılova Son.az

Hindistanda fövqəladə vəziyyət – Yüzlərlə uçuş və qatar gecikdi like
  • 15 Dek 14:42  
Dünya Hindistanda fövqəladə vəziyyət – Yüzlərlə uçuş və qatar gecikdi

Hindistanın paytaxtı Dehli və ətraf bölgələr ciddi hava çirkliliyi səb�

arrow Ətraflı
Diplomatlarımız bu ölkəyə vizasız gedəcək like
  • 15 Dek 14:13  
Siyasət Diplomatlarımız bu ölkəyə vizasız gedəcək

Azərbaycan ilə Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza r

arrow Ətraflı
Azərbaycanla bu ölkə arasında viza rejimi qismən ləğv edildi like
  • 15 Dek 14:12  
Siyasət Azərbaycanla bu ölkə arasında viza rejimi qismən ləğv edildi

Azərbaycan və Surinam arasında viza rejimi qismən ləğv edilib.

arrow Ətraflı
Sidneydə terror aktı törədənlər ata və oğlu imiş  İŞİDlə əlaqəsi olub like
  • 15 Dek 14:12  
Dünya Sidneydə terror aktı törədənlər ata və oğlu imiş İŞİDlə əlaqəsi olub

Xəbər verdiyimiz kimi, dekabrın 14-də Sidneydə terror hadisəsi baş verib.

arrow Ətraflı
Azərbaycan daha bir ölkə ilə viza rejimini ləğv etdi like
  • 15 Dek 14:11  
Siyasət Azərbaycan daha bir ölkə ilə viza rejimini ləğv etdi

Azərbaycanla Qvineya-Bisau arasında diplomatik, xidməti və xüsusi pasport s

arrow Ətraflı
FHNnin əməkdaşları təltif edildi like
  • 15 Dek 14:10  
Siyasət FHNnin əməkdaşları təltif edildi

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təlt

arrow Ətraflı
İlham Əliyev onlara rütbə verdi like
  • 15 Dek 14:09  
Siyasət İlham Əliyev onlara rütbə verdi

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali

arrow Ətraflı
Aida Hüseyn Naxçıvanda Ali Məhkəmənin sədri təyin edildi  SƏRƏNCAM like
  • 15 Dek 14:08  
Siyasət Aida Hüseyn Naxçıvanda Ali Məhkəmənin sədri təyin edildi SƏRƏNCAM

Aida Əli qızı Hüseyn Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sə

arrow Ətraflı
Bəzi yerlərdə yollar buz bağlayacaq  XƏBƏRDARLIQ like
  • 15 Dek 14:07  
Digərləri Bəzi yerlərdə yollar buz bağlayacaq XƏBƏRDARLIQ

Dekabrın 16-dan 17-si gündüzədək Azərbaycanın bəzi rayonlarında hava ş

arrow Ətraflı
Əməkdar artist efirə sərxoş çıxan Xalq artistini RÜSVAY ETDİ like
  • 15 Dek 14:00  
Şou-biznes Əməkdar artist efirə sərxoş çıxan Xalq artistini RÜSVAY ETDİ

Əməkdar artist Vasif Məhərrəmli canlı yayımda efirə sərxoş vəziyyətd

arrow Ətraflı
Bakıda TIR dənizə düşmək təhlükəsi ilə üzləşdi  VİDEO like
  • 15 Dek 13:56  
Digərləri Bakıda TIR dənizə düşmək təhlükəsi ilə üzləşdi VİDEO

Bakı limanının ərazisində yük avtomobili dənizə düşmək təhlükəsi i

arrow Ətraflı
Ukraynada BMW E38i roket atan kimi istifadə edirlər like
  • 15 Dek 13:52  
Digərləri Ukraynada BMW E38i roket atan kimi istifadə edirlər

Ukrayna ərazi müdafiə bölmələri Baxmut yaxınlığında mülki BMW 7-serie

arrow Ətraflı
Baş həkimin ölkədən çıxışına qadağa qoyuldu like
  • 15 Dek 13:44  
Digərləri Baş həkimin ölkədən çıxışına qadağa qoyuldu

Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Mərkəzi Xəstəxanasının di

arrow Ətraflı
İlham Əliyev Mikayıl Cabbarova daha bir vəzifə verdi like
  • 15 Dek 13:43  
Siyasət İlham Əliyev Mikayıl Cabbarova daha bir vəzifə verdi

Prezident İlham Əliyev "Azərbaycan Biznesinin İnkişafı Fondu" A�

arrow Ətraflı
Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar like
  • 15 Dek 13:32  
Digərləri Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət mü

arrow Ətraflı