Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar
Digərləri 15 Dek 2025 13:32:00 58 0
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb.
Bu xəbəri də oxu: Qaradağda zəncirvari qəza tıxaca səbəb oldu
Son.az xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar dövlət qulluqçusu Vahid Cümşüd oğlu Axundov 2025-ci il dekabrın 14-də ömrünün 84-cü ilində vəfat etmişdir.
Vahid Axundov 1942-ci il fevralın 2-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1959¬-1964-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis-iqtisadçı ixtisası üzrə ali təhsil almışdır.
Vahid Axundov 1969-cu ildə iqtisad elmləri namizədi və 1981-ci ildə iqtisad elmləri doktoru alimlik dərəcələrini, 1986-cı ildə professor elmi adını almışdır.
Əmək fəaliyyətinə 1959-cu ildən başlayan Vahid Axundov 1964-cü ilədək Bakı dəri-qalantereya fabrikində və Bakı avtomobil ehtiyatı hissələri zavodunda müxtəlif işlərdə çalışmışdır. O, 1965-1966-cı illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsində iqtisadçı, 1966-1970-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük və baş iqtisadçı, 1970-1987-ci illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat və Planlaşdırma İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor, 1987-1991-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda elmi işlər üzrə prorektor vəzifələrini tutmuşdur.
Vahid Axundov 1991-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin müşaviri və Azərbaycan Respublikasının iqtisadi siyasət üzrə Dövlət müşaviri, 1993-cü ilin may-noyabr aylarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinin direktoru - Baş nazirin baş iqtisadi müşaviri olmuşdur. O, 1993-cü ildən 2017-ci ilədək Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri vəzifəsini icra etmişdir.
Türkiyənin Bursa şəhərində bir qadın sürücüyə məxsus avtomobil fərq
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şən
Qaradağda sərnişindaşıma fəaliyyəti adı altında narkokuryerlik edən ş
Azərbaycanda idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyət
Əli Mahmudov bir müddət əvvəl Nizami Tibb Mərkəzinin təsərrüfat işlə
"Toyun toy, yasın yas yeri var. Toyun öz adətləri, yasın da öz adətl
Alimenti ödəməmək valideyn hüququndan məhrum edilmə ilə nəticələnə b
İstanbul Jandarmanın məşhur şəxsləri hədəf alan genişmiqyaslı narkoti
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısı ilə
Yevlaxda zəncirvari qəza baş verib, bir avtomobil su kanalına düşüb.
Filippində güclü qasırğa qeyri-adi hadisə ilə nəticələnib.
VTB (Azərbaycan) 2025-ci ilin sonuna qədər yeni aksiyaya start verdi. Kampani
Müğənni Roza Zərgərli və Türkiyənin məşhur sənətçisi Emre Altuğ Ru
