Bakı Yeni ilə belə hazırlaşır


Digərləri 15 Dek 2025 13:29:00 64 0

Bakı Yeni ilə belə hazırlaşır

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonları icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Son.az-a bildirilib ki, artıq şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, burada Yeni il atributlarının, işıqlı çilçıraqların və digər dekorativ bəzəklərin quraşdırılması işləri yekunlaşmaq üzrədir. Aparılan bəzədilmə işləri paytaxtın gecə mənzərəsinə xüsusi gözəllik qatır.

Dövlət başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edir və bu gün xalqımızın əhval-ruhiyyəsi olduqca yüksəkdir. Buna uyğun olaraq da şəhərimizdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xüsusi hazırlıq və tərtibat işləri həyata keçirilir. Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Xəqani Rüstəmov, mərkəzi bulvar küçələri, Xəqani bağı, Azərbaycan prospekti və bir sıra digər ərazilər də bayramla bağlı xüsusi zövqlə bəzədilir.

"Azneft" dairəsində isə Yeni il şam ağacı kompleksi yaradılıb. Bu, şəhərin simvolik məkanlarından biri olan "Azneft" dairəsində bayramın qeyd edilməsinə dair formalaşmış ənənəni yaşadır və buraya gələn vətəndaşları, eləcə də turistləri möhtəşəm və yaddaqalan bir bayram görüntüsü ilə qarşılayır. Həmçinin Mərkəzi park və metronun "Gənclik" stansiyası yaxınlığındakı keçmiş "Antena" sahəsi kimi tanınan parklarda da paytaxt sakinləri və şəhərin qonaqlarının mənalı və xoş istirahəti üçün gözəl şəkildə bəzədilmiş şam ağacları quraşdırılır.

Bundan əlavə, paytaxt rayonlarının bir çox mərkəzi və onlara bitişik küçələrində də bayramla bağlı tərtibat işləri görülüb.

Bu hazırlıqlar yalnız bayram əhval-ruhiyyəsinin yaradılması ilə kifayətlənmir, eyni zamanda Bakı şəhərinin estetik gözəlliyini, müasir simasını və mədəni zənginliyini bir daha nümayiş etdirir.

Sərnişindaşıma adı altında narkokuryerlik edənlər saxlanıldı like
  • 15 Dek 12:51  
Digərləri Sərnişindaşıma adı altında narkokuryerlik edənlər saxlanıldı

Qaradağda sərnişindaşıma fəaliyyəti adı altında narkokuryerlik edən ş

arrow Ətraflı
İdxalixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyət rəqəmsallaşdırılır  FƏRMAN like
  • 15 Dek 12:40  
Digərləri İdxalixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyət rəqəmsallaşdırılır FƏRMAN

Azərbaycanda idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyət

arrow Ətraflı
TƏBİB sədri Eldar Mahmudovun qohumuna vəzifə verdi like
  • 15 Dek 12:38  
Digərləri TƏBİB sədri Eldar Mahmudovun qohumuna vəzifə verdi

Əli Mahmudov bir müddət əvvəl Nizami Tibb Mərkəzinin təsərrüfat işlə

arrow Ətraflı
Sabah Bakıda yağış yağacaq like
  • 15 Dek 12:31  
Digərləri Sabah Bakıda yağış yağacaq

Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Həmin adət bizə ermənilərdən keçib  Yas və toy mübahisəsi böyüyür  AÇIQLAMA like
  • 15 Dek 12:26  
Digərləri Həmin adət bizə ermənilərdən keçib Yas və toy mübahisəsi böyüyür AÇIQLAMA

"Toyun toy, yasın yas yeri var. Toyun öz adətləri, yasın da öz adətl

arrow Ətraflı
Alimentdən yayınan valideynləri nə gözləyir? like
  • 15 Dek 12:12  
Digərləri Alimentdən yayınan valideynləri nə gözləyir?

Alimenti ödəməmək valideyn hüququndan məhrum edilmə ilə nəticələnə b

arrow Ətraflı
Tanınmış aparıcının telefonunda tapılan VİDEO qalmaqala səbəb oldu  Cem yılmaza göndərib... like
  • 15 Dek 11:48  
Şou-biznes Tanınmış aparıcının telefonunda tapılan VİDEO qalmaqala səbəb oldu Cem yılmaza göndərib...

İstanbul Jandarmanın məşhur şəxsləri hədəf alan genişmiqyaslı narkoti

arrow Ətraflı
DTX Balakənin sabiq icra başçısını həbs etdi  Əməliyyat VİDEOsu like
  • 15 Dek 11:43  
Digərləri DTX Balakənin sabiq icra başçısını həbs etdi Əməliyyat VİDEOsu

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısı ilə

arrow Ətraflı
Üç avtomobil toqquşdu  Broyler toyuqları ətrafa dağıldı like
  • 15 Dek 11:43  
Digərləri Üç avtomobil toqquşdu Broyler toyuqları ətrafa dağıldı

Yevlaxda zəncirvari qəza baş verib, bir avtomobil su kanalına düşüb.

arrow Ətraflı
5 metrlik ilan şəhər mərkəzində PEYDA OLDU like
  • 15 Dek 11:41  
Digərləri 5 metrlik ilan şəhər mərkəzində PEYDA OLDU

Filippində güclü qasırğa qeyri-adi hadisə ilə nəticələnib.

arrow Ətraflı
Roza ilə Emre Altuğ Malaxovun verilişində like
  • 15 Dek 11:30  
Şou-biznes Roza ilə Emre Altuğ Malaxovun verilişində

Müğənni Roza Zərgərli və Türkiyənin məşhur sənətçisi Emre Altuğ Ru

arrow Ətraflı
Qəzada həlak olan Ramaldanova və yaxınının like
  • 15 Dek 11:28  
Digərləri Qəzada həlak olan Ramaldanova və yaxınının

Xəbər verdiyimiz kimi, Qusarda tanınmış hərbi ekspert Şair Ramaldanovun a

arrow Ətraflı