“A.M.A.Y” Beynəlxalq Bankı məhkəməyə verib


Sosial 05 Dek 2017 09:39:04 267 0

“A.M.A.Y” Beynəlxalq Bankı məhkəməyə verib

Birinci instansiya məhkəməsinin çıxardığı qərardad dəyişdirmədən qüvvədə saxlanılıb

“A.M.A.Y. Holding” MMC “Azərbaycan Beynəlxalq Bankı” ASC-ni məhkəməyə verib.

“Report”un xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC cavabdehin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması və ödənilməmiş icarə haqqının tutulması barədə tələb irəli sürüb.

Məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarıb. Həmin qərardaddan narazı qalan “A.M.A.Y. Holding” MMC apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi MMC-nin apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərardadı dəyişdirmədən qüvvədə saxlayıb.