Nazir: "Bakının mərkəzində bütün keçidlərdə əlilliyi olan şəxslər üçün panduslar qoyulacaq"


Sosial 01 Dek 2017 10:30:31 309 0

Nazir: "Bakının mərkəzində bütün keçidlərdə əlilliyi olan şəxslər üçün panduslar qoyulacaq"

Səlim Müslümov: "Şəhərdə 421 ədəd Avropa standartlarına uyğun panduslar qoyulması təmin olunacaq"

"Bakı şəhərinin mərkəzində olan bütün keçidlərdə əlilliyi olan şəxslər üçün panduslar qoyulacaq".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiyanın icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda konfransda deyib.

O bildirib ki, pandusları Bakı Nəqliyyat Agentliyi quraşdıracaq: "Şəhərdə 421 ədəd Avropa standartlarına uyğun panduslar qoyulması təmin olunacaq".