Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi qaydalarına dəyişiklik edilib


Sosial 01 Dek 2017 00:15:33 523 0

Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi qaydalarına dəyişiklik edilib

Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb

Nazirlər Kabineti "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları"na dəyişiklik edilməsi barədə qərar imzalayıb.

"Report"un məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

İcazə/sertifikatın verilməsi qaydaları və şərtlərinin 3.1-ci bəndinə edilən dəyişikliyə əsasən nümunələrin beynəlxalq ticarəti üçün icazə/sertifikatı almaq istəyən fiziki və ya hüquqi şəxslər ərizə ilə inzibati orqana "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq müraciət edə bilərlər.