Ağdamda yas mərasimləri üçün yeni standartlar tətbiq edilib


Sosial 30 Noy 2017 17:26:00 299 0

Ağdamda yas mərasimləri üçün yeni standartlar tətbiq edilib

Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən yas mərasimlərinə dair müşavirə kecirilib

Ağdam rayonunda yas mərasimlərində israfçılıq hallarının qarşısının alınması üçün yeni standartlar tətbiq edilib. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, bununla bağlı Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən yas mərasimlərinə dair müşavirə keçirilib.

Toplantı rayon icra başçısı və idarə, müəssisə rəhbərlərinin iştirakı ilə Ağdam rayon Mədəniyyət evində baş tutub.

Müşavirədə yas mərasimlərinin üç gün keçirilməsi və yalnız çay süfrəsinin açılması məqsədəuyğun hesab edilib, digər qida məhsullarının verilməsinə isə qadağa qoyulub.