Biləsuvarda 64 yaşlı piyadanı avtomobil vurub


Sosial 29 Noy 2017 19:31:30 290 0

Biləsuvarda 64 yaşlı piyadanı avtomobil vurub

Faktla bağlı araşdırma aparılır

Biləsuvar rayonunda 64 yaşlı piyadanı avtomobil vurub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin 5 mərtəbə adlanan ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ-2107" markalı minik avtomobili rayonun Bağbanlar kənd sakini, 1953-cü il təvəllüdlü Xeyriş Pənci oğlu Aslanovu vurub. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.