Rusiyada Azərbaycan və digər ölkələrin 420 kq məhsulu məhv edilib


Sosial 29 Noy 2017 08:20:00 253 0

Rusiyada Azərbaycan və digər ölkələrin 420 kq məhsulu məhv edilib

Aşkar olunan meyvə-tərəvəz və qoz-fındıq yandırılıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin mütəxəssisləri noyabr ayında Krasnoyarsk hava limanında baqaj və əl yükünə baxış zamanı 420 kq qadağan olunmuş məhsul aşkar ediblər.

“Report” xəbər verir ki, bu barədə federal xidmətin vilayət idarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, aşkar olunan meyvə-tərəvəz və qoz-fındıq Azərbaycan, Tacikistan və Özbəkistandan gətirilib və 420 kq məhsulun hamısı yandırılaraq məhv edilib.