Bakıda iki tələbə qız pilləkənlərdən yıxılaraq ağır xəsarət alıb


Sosial 29 Noy 2017 07:57:33 278 0

Bakıda iki tələbə qız pilləkənlərdən yıxılaraq ağır xəsarət alıb

Qızlardan biri sınıq xəsarəti alıb, digəri isə onurğasını ağır zədələyib

Bakının iki ali təhsil müəssisəsində bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, hadisələrdən biri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU), digəri isə Azərbaycan Dillər Universitetində (ADU) qeydə alınıb.

Universitet tələbələri - 1998-ci il təvəllüdlü Sadıqova Nabat Tahir qızı (AMİU) və 1998-ci il təvəllüdlü Bayramova Umxanım Elxan qızı (ADU) ehtiyatsızlıqdan pilləkənlərdən yerə yıxılıblar. Onlardan birincisi bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri, digəri isə onurğa nahiyəsindən ağır xəsarət alıb.

Yaralıların hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.