Azərbaycanda baramaçılıq və ipəkçilik sahəsi üzrə ixtisaslar yaradılacaq


Sosial 27 Noy 2017 19:32:26 305 0

Azərbaycanda baramaçılıq və ipəkçilik sahəsi üzrə ixtisaslar yaradılacaq

Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinə və Təhsil Nazirliyinə tapşırıq verilib

Azərbaycanda peşə-ixtisas və ali təhsil müəssisələrində baramaçılıq və ipəkçilik sahəsi üzrə ixtisaslar yaradılacaq.

“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Sərəncamla Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinə 2016-2025-ci illərdə peşə-ixtisas və ali təhsil müəssisələrində baramaçılıq və ipəkçilik sahəsində ixtisaslı kadr hazırlığının təşkili, qəbul planının əmək bazarının tələblərinə uyğunlaşdırılması ixtisaslı kadr hazırlığının təşkili, qəbul planının əmək bazarının tələblərinə uyğunlaşdırılması tapşırılıb.