Bakıda 21 yaşlı gənc ürəyindən bıçaqlanaraq qətlə yetirilib - YENİLƏNİB


Sosial 27 Noy 2017 11:40:00 308 0

Bakıda 21 yaşlı gənc ürəyindən bıçaqlanaraq qətlə yetirilib - YENİLƏNİB

Həkimlər onun həyatını xilas edə bilməyiblər

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, noyabrın 27-də Sabunçu rayonunun Zabrat qəsəbəsində naməlum şəxs münaqişə zəminində qəsəbə sakini Xəyal Məmmədovun sinə nahiyəsinə bıçaqla xəsarət yetirib. O, aldığı ağır bədən xəsarətindən hadisə yerində ölüb. 

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Qasımov saxlanılıb.

*** 02:44

Bakı. 27 noyabr.