Qaşsız üzük YUNUS OĞUZ yazır
Digərləri 11 Dek 2025 17:15:00 73 0
Yunus Oğuz
Bu xəbəri də oxu: Dar geyinən qadınlara xəbərdarlıq
Pritça
Məhəllənin zəngin bir adamı lotuları yığıb deyir ki, bəs Molla Nəsrəddinlə məzələnmək istəyirəm. Cavab verirlər ki, etmə-eləmə, onunla məzələnmə, dilə-dişə düşərsən. Zəngin adam iki ayağını bir başmağa dirəyir ki, yox, gərək məzələnim.
Nə isə, zəngin adam lotulara tapşırıq verir ki, bəs Mollanın eşşəyini oğurlayın. Elə də edirlər, kişinin eşşəyini oğurlayıb, yaxşı bir yerdə gizlədirlər. Gunortaya yaxın lotular eşidirlər ki, məhəllədən qaval səsi gəlir. Tökülüşürlər küçəyə, görürlər ki, Molla keyfi kök, qaval çala-çala, oxuya-oxuya harasa gedir. Onun qənşərini kəsib soruşurlar: -Molla, xeyir ola, hara gedirsən belə? Molla cavab verir. -Eşşəyim itib, gedirəm onu axtarmağa. Zəngin adam sual verir: -Heç eşşəyi itənə oxşamırsan. Belə də çal-çağırla eşşək axtararlar? -Ümidim, -barmağı ilə qarşıdakı təpəni göstərir, - o təpənin arxasınadır. Əgər eşşək orada olmasa, siz mənim vay-şüvənimə, haray-həşirimə baxarsınız. Molla, arxası ilə də lotular çıxırlar təpənin başına. Baxır ki, eşşək yoxdur. Bir haray-həşir salır ki, gəl görəsən. Lotular bir ağızdan deyirlər: -Molla, Allah rəhmət eləsin, yəqin qurd-quş yeyib. Molla daha da bərkdən ağlaya-ağlaya deyir: -Hardasan, ay mənim ceyran gözlüm. Mən heç bilmirdim sənin belə hörmətli qohumların var. Gəl, gör kimlər gəlib. Lotular gülüşməyə başlayırlar. Zəngin adam qabağa keçib, qurşağından qaşsız, qiymətli bir üzük çıxarıb mollaya verir. -Qəm yemə, Molla əmi, al bu üzüyü eşşəyin əvəzinə. İstəyərsən satıb təzə eşşək alıb sakitləşərsən. Molla üzüyü qurşağına basıb, bir söz demədən çıxıb gedir. Başa düşür ki, eşşək bunun zavalına gəlib. Bundan sonra, Molla məhəllədə kimi görürsə deyir ki, Allah filankəsə cənnətdə gözəl bir saray qismət eləsin, amma tavansız. Söz gedib bu zəngin adama çatır. Bir gün onun qabağını kəsib deyir: -Molla əmi, ayıb deyil? Sənə o cürə qiymətli üzük vermişəm, sənsə mənə cənnətdə tavansız saray arzulayırsan. Molla qımışıb cavab verir: -Nə vaxt üzüyün qaşı olacaqsa, sənin də sarayının tavanı olacaq. Eşşəyi də qaytar... Qaşsız üzüklər çoxalıb satışda...
11.12.25
Bakıda tanışının dializ xəstəsi olan arvadına öz böyrəyini verəcəyi
İdarə etdiyi "VAZ 2121" markalı avtomobillə paytaxtdan, bacısın
Ukrayna Silahlı Qüvvələrinin itkiləri 1 milyonu keçib.
Əli Kərimli ilə bağlı baş verən proseslər bütövlükdə müxalifətin r
Rusiya lideri Vladimir Putin Türkmənistana səfəri zamanı türkiyəli hə
İki aydan çoxdur dənizdə batdığı ehtimal edilən Tural Sultanovun axtarı
Permdə universitet laboratoriyasında partlayış baş verib.
Türkiyəli jurnalist Ənvər Aysevər polis tərəfindən saxlanılıb.
İstanbul və Yalova polisi tanınmış müğənni Güllü (əsl adı Gül Tut)
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır
Dekabr ayında üç bürcün nümayəndələri həyatlarındakı əsas dönüş
İntensiv yağan yağış nəticəsində Sabunçu rayon Yavər Əliyev küçəsi
Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilər
Ukrayna ilk dəfə Rusiyanın Xəzər dənizindəki neft infrastrukturuna zərb�
"The Marvelous Mrs. Maisel" və "New Amsterdam" kimi məşhu
