Mingəçevir və Yevlaxda dörd ixtisas üzrə ustad dərsləri təşkil olunacaq
Kriminal 11 Dek 2025 15:59:00 77 0
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Yevlax və Mingəçevir şəhərlərində ustad dərsləri keçiriləcək.
Bu xəbəri də oxu: Filarmoniyada Ceyla Seyidovanın "Qış Tangosu" konserti keçirildi FOTO
Fortepiano, tar, qarmon və xanəndəlik ixtisaslarını əhatə edəcək ustad dərsləri Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşacaq.
Dekabrın 15-də Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbində keçiriləcək tar ixtisası üzrə ustad dərsi Qarabağ Universiteti İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri Arslan Növrəsli, fortepiano ixtisası üzrə ustad dərsi isə Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinin Fortepiano şöbəsinin fənn birləşmə komissiyasının sədri sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Kazımova tərəfindən aparılacaq.
Dekabrın 22-də Yevlax şəhər 1 nömrəli musiqi məktəbində qarmon və xanəndəlik ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq. Dərslər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Xalq çalğı alətləri kafedrasının dosenti Sərxan Abiyev (qarmon) və Beynəlxalq Muğam Mərkəzinin solisti, AMK nəzdində Musiqi Kollecinin baş müəllimi Əməkdar artist Sevinc Sarıyevanın (xanəndəlik) iştirakı ilə keçiriləcək.
Ustad dərslərinin məqsədi şagird və müəllimlərin müvafiq ixtisaslar üzrə nəzəri və praktiki biliklərinin artırılması, onların müasir tədris metodlarına yiyələnməsi, həmçinin peşəkar fəaliyyətlərində daha da səmərəli nəticələr əldə etmələrinə dəstək olmaqdır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Dekabr ayında üç bürcün nümayəndələri həyatlarındakı əsas dönüş
İntensiv yağan yağış nəticəsində Sabunçu rayon Yavər Əliyev küçəsi
Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilər
Ukrayna ilk dəfə Rusiyanın Xəzər dənizindəki neft infrastrukturuna zərb�
"The Marvelous Mrs. Maisel" və "New Amsterdam" kimi məşhu
Məhkəmə ekspertizası fəaliyyətinin maliyyə dayanıqlılığının təmin
Rusiyalı aktrisa Natalya Rudova "Super" nəşrinə müsahibəsində h
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçə v�
Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilər
Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov da h�
Narkotik istifadəsinə görə saxlanılan jurnalist Mehmet Akif Ersoy ifadə v
Aktrisa Melis İşiten Uraz Kaygılaroğlunun "YouTube" layihəsində
Bir neçə gündür yağan aramsız yağışlar Sumqayıtda da fəsadlar törəd
Bu gün Bakı şəhərinin 14 nömrəli tam orta ümumtəhsil məktəbinin 8 şa
Müğənni Güllünün qızının öldürüldüyü faktı araşdırmalar nətic�
