Şamaxıda gənc oğlan intihar məqsədi ilə qolunu kəsib


Sosial 26 Noy 2017 23:56:27 314 0

Şamaxıda gənc oğlan intihar məqsədi ilə qolunu kəsib

O, həkimlərə qolununun toyda kəsildiyini bildirib

Şamaxıda intihara cəhd hadisəsi baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, 1991-ci il təvəllüdlü Şəhriyar qəsəbə sakini Zahid Fərman oğlu Bayramov sağ qol nahiyəsinin kəsilmiş yarası ilə Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Qohumları tərəfindən xəstəxanaya gətirilən gənc içkili olub. Zahid həkimlərə qolununun toyda kəsildiyini bildirib.

Xəstə palataya köçürülüb, vəziyyəti kafidir.