Mingəçevirdə 10 yaşlı uşağı maşın vurub


Sosial 26 Noy 2017 22:37:14 247 0

Mingəçevirdə 10 yaşlı uşağı maşın vurub

Hadisə uşaq Sənaye Parkı yaxınlığında yolu keçmək istəyən zaman baş verib

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, Heydər Əliyev prospektində, Sənaye Parkı yaxınlığında yolu keçmək istəyən 2007-ci il təvəllüdlü şəhər sakini Natiq Niyazi oğlu Novruzovu “VAZ-2107” markalı maşın vuraraq ona xəsarət yetirib.

Yaralı xəstəxanaya çatdırılıb. Körpücük sümüklərində sınıqlar yaranmış azyaşlı dərhal əməliyyat olunub. Əməliyyat sonrası yaralı uşağın vəziyyəti sabitləşib, müalicəsi davam edir.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.