Braziliya prezidenti ürəyindən əməliyyat olunub


Sosial 25 Noy 2017 06:46:31 272 0

Braziliya prezidenti ürəyindən əməliyyat olunub

Mişel Temerin ürəyinə stend qoyulub

Braziliya prezidenti Mişel Temer şənbə gününə keçən gecə ürəyindən təcili əməliyyat olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin məlumatında deyilir.

"Cümə günü gecə saatlarında prezident Mişel Temerin üç tac arteriyası angioplastika cərrahi üsulu ilə əməliyyat olunaraq ora stend qoyulub. Əməliyyat uğurlu keçib və dövlət başçısı Suriya-Livan Hospitalının Kardiologiya şöbəsində bərpa prosesi keçir", - deyə mətbuat xidmətindən əlavə olunub.