XVI Bakı Beynəlxalq Film Festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib FOTO


Kriminal 10 Dek 2025 19:05:00 85 0

XVI Bakı Beynəlxalq Film Festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib  FOTO

"Nizami" Kino Mərkəzində Gənc Kinorejissorlar Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Azərbaycan Kino Agentliyinin dəstəyi ilə keçirilən 16-cı Bakı Beynəlxalq Film Festivalının - Baku International Film Festival - təntənəli mükafatlandırma mərasimi baş tutub. Bu il festival "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcılıq Həftəsi - 2025" çərçivəsinə daxil olan beynəlxalq kino proqramı Baku Cinema Breeze 2025 layihəsi çərçivəsində keçirilib. Beş gün ərzində 34 ölkədən 78 film nümayiş etdirilib. Film göstərimləri bütün tamaşaçılar üçün açıq olub. "Festival hər il müxtəlif ölkələrdən olan kinorejissorları və sənət nümayəndələrini bir araya gətirir, müasir müəllifləri stimullaşdırır, onların yaradıcılığını təqdim etməsi, təcrübə mübadiləsi və peşəkar inkişafı üçün geniş imkanlar yaradır. Ötən ildən etibarən festival tammetrajlı filmlər müsabiqəsini də özünə daxil edir və hər biri ayrı münsiflər heyəti tərəfindən qiymətləndirilən dörd müsabiqə proqramı təqdim edir", - deyə Baku International Film Festivalının direktoru Fəxruz Şamıyev bildirib. Beynəlxalq Debüt Tammetrajlı Bədii Filmlər proqramında 10 film iştirak edib. Bu bölməni aşağıdakı münsiflər heyəti qiymətləndirib: Nadir Badalov (Azərbaycan), Niki Kerimi (İran), Zeynep Atakan (Türkiyə) və İqor Sukman (Belarus). Beynəlxalq qısametrajlı filmlər müsabiqəsinin münsifləri Faruk Güven (Türkiyə), Rüfət Əsədov (Azərbaycan) və Karmen Grey (Yeni Zelandiya) olub. "Asiya istedadları" müsabiqəsinin münsiflər heyətinə isə Əli-Səttar Quliyev və Daniyel Quliyev (Azərbaycan), Roman Dorofeyev (Rusiya) daxil olub. Milli müsabiqədə 16 qısametrajlı bədii və sənədli film, eləcə də 5 tələbə işi təqdim olunub. Münsiflər heyətinin tərkibi: Fariz Əhmədov, Rza Siyami, Fəridə Cəlilova və Sevda Sultanova. Festival çərçivəsində proqramdankənar nümayişlər də keçirilib. "Bizim dilimiz" proqramında dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz tərəfindən Azərbaycan dilində çəkilmiş filmlər təqdim olunub. Festivalın British Council ilə əməkdaşlığı BAFTA mükafatına namizəd filmlərin hər il xüsusi şəkildə nümayiş etdirilməsinə şərait yaradır. Festivalın baş mükafatı **"Qızıl Nar"**dır. Bundan əlavə, müxtəlif nominasiyalar üzrə qaliblərə xüsusi mükafatlar və diplomlar təqdim edilib.

XVI Bakı Beynəlxalq Film Festivalının qalibləri  Beynəlxalq Debüt Tammetrajlı Bədii Film müsabiqəsi Ən yaxşı film - "Öyrənilən dərs" / Rejissor: Balint Szimler / Macarıstan   Ən yaxşı rejissor - "Karst" / Rejissor: Suiyi Yang / Çin    Ən yaxşı ssenari - "Bağlar, köklər, ehtiraslar" / Ssenarist: Ferit Karahan. Rejissor: Sunay Tərzioğlu / Türkiyə Ən yaxşı təsvir rejissoru - "Sahə gözətçisi" / Təsvir rejissoru: Morteza Gafouri. Rejissor: Seyed Mohamad Reza Xeradmandan/ İran   Münsiflər heyətinin xüsusi mükafatı - "Çəyirtkənin öpüşü" / Rejissor: Elmar Imanov / Almaniya, İtaliya, Lüksemburq  Beynəlxalq Qısametrajlı Film müsabiqəsi  Ən yaxşı bədii film - İki bəhanə ilə / Rejissor: Samah El Kadi / Livan   Ən yaxşı sənədli film - Yer qaçanda / Rejissor: Frederico Lobo / Portuqaliya  Ən yaxşı animasiya filmi - Gəlirli yer / Rejissor: Aleks Maximov  / Belarus Ən yaxşı bədii film rejissoru - Performans / Rejissor: Balint Kenyeres / Macarıstan, Fransa Münsiflər heyətinin xüsusi qeydi:  Mayın son bazar günü / Rejissor: Alexandro Bordie / Lüksemburq Balet rəqqaslarının kəndi / Rejissor: Fatih Diren / Türkiyə "Asiya istedadları" müsabiqəsi Ən yaxşı film - Qəlib / Rejissor: Məhəmməd Rza Nurmandipur / İran Münsiflər heyətinin mükafatı - Maral dişi / Rejissor: Saif Hammaş  / Fələstin Münsiflər heyətinin xüsusi qeydi - Həyatda bir gün / Rejissor: Ye Ouyang / Çin Yerli müsabiqənin qalibləri   Ən yaxşı bədii film- "Erkən hisslər" / Rejissor: Nurlan Həsənli Ən yaxşı rejissor-  "Dərədə"  / Rejissor: Əbülfəz İskəndərov   Ən yaxşı sənədli film-  "Yaddaş sarayları" / Rejissor: Mətləb Muxtarov  Ən yaxşı tələbə filmi- "Məhkəmə" / Rejissor: Orxan Babayev   Münsiflər heyətinin diplomu - "Loca Tacentia" / Rejissor: Rəna Əhmədova Münsiflər heyətinin xüsusi qeydi - Vüsalə Qasımova "Qayıtdım" filminin təsvir rejissoru / Rejissor: Məhəmməd Məmmədov Münsiflər heyətinin xüsusi qeydi - Nigar Süleyman  "Orijinal musiqisi və kino  sahəsində məhsuldar fəaliyyətinə görə"  İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az


Xəbərə aid fotolar

20 yanvar körpüsündə “şəlalə” yaranıb like
  • 10 Dek 19:02  
Digərləri 20 yanvar körpüsündə “şəlalə” yaranıb

2 gündür səngimək bilməyən yağış 20 yanvar körpüsündə "şəla

arrow Ətraflı
Plastik əməliyyatları “epidemiya” adlandırdı like
  • 10 Dek 19:00  
Şou-biznes Plastik əməliyyatları “epidemiya” adlandırdı

Kate Winslet plastik əməliyyatları "epidemiya" adlandırıb.

arrow Ətraflı
İlham Əliyev Donald Trampa təşəkkür edib like
  • 10 Dek 18:43  
Siyasət İlham Əliyev Donald Trampa təşəkkür edib

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald T

arrow Ətraflı
Leyla Əliyeva Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb like
  • 10 Dek 18:40  
Siyasət Leyla Əliyeva Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda keçir

arrow Ətraflı
İcra başçısı Mirhəsən Seyidov danışdı: “Həmin plaşı 350 manata almışam” like
  • 10 Dek 18:39  
Digərləri İcra başçısı Mirhəsən Seyidov danışdı: “Həmin plaşı 350 manata almışam”

Bir müddət əvvəl Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsə

arrow Ətraflı
Məşhur yazıçı vəfat etdi like
  • 10 Dek 18:31  
Şou-biznes Məşhur yazıçı vəfat etdi

Britaniyanın bestseller qadın yazıçısı Sofi Kinsella 55 yaşında vəfat e

arrow Ətraflı
Prezidentin rektor təyin etdiyi Rövşən İsmayılov KİMDİR?  DOSYE like
  • 10 Dek 18:29  
Digərləri Prezidentin rektor təyin etdiyi Rövşən İsmayılov KİMDİR? DOSYE

Xəbər verdiyimiz kimi, Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respubl

arrow Ətraflı
Bakıda sığınacaqda çəkilən görüntü ürək parçaladı: uşaq hər gecə bunu edirmiş... like
  • 10 Dek 18:20  
Digərləri Bakıda sığınacaqda çəkilən görüntü ürək parçaladı: uşaq hər gecə bunu edirmiş...

Bakıda fəaliyyət göstərən sığınacaqlardan birində qeydə alınan gör�

arrow Ətraflı
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq like
  • 10 Dek 18:12  
Digərləri Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Sabah paytaxtın Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz

arrow Ətraflı
Ramin Xudayevə yüksək vəzifə verildi like
  • 10 Dek 18:10  
Digərləri Ramin Xudayevə yüksək vəzifə verildi

Ramin Xudayev yeni vəzifəyə təyin edilib.

arrow Ətraflı
Ən etibarsız 5 elektrik krossoveri açıqlandı like
  • 10 Dek 18:00  
Digərləri Ən etibarsız 5 elektrik krossoveri açıqlandı

"What Car" ən etibarsız 5 elektrik krossoverini açıqlayıb.

arrow Ətraflı
“Batmaq ehtimalları yoxdur, bəlkə də, İrana gedib çıxıblar...” like
  • 10 Dek 17:51  
Digərləri “Batmaq ehtimalları yoxdur, bəlkə də, İrana gedib çıxıblar...”

"Səhər saat 8-də evdən çıxdılar. Saat 2-dən sonra bizimlə əlaqə

arrow Ətraflı
Əməkdar artist Sahib Paşazadə Pakistanda fəxri medalla təltif edilib  FOTO like
  • 10 Dek 17:50  
Kriminal Əməkdar artist Sahib Paşazadə Pakistanda fəxri medalla təltif edilib FOTO

Beynəlxalq Muğam Mərkəzinin direktoru , Əməkdar artist, tarzən, Özbəkis

arrow Ətraflı
Diplomatik xidmət əməkdaşlarının müəyyən ödənişlərindən aliment tutulmayacaq like
  • 10 Dek 17:45  
Digərləri Diplomatik xidmət əməkdaşlarının müəyyən ödənişlərindən aliment tutulmayacaq

"Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyut

arrow Ətraflı
Prezident “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayırdı like
  • 10 Dek 17:43  
Digərləri Prezident “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayırdı

2026-cı ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi i

arrow Ətraflı