İlham Əliyev Donald Trampa təşəkkür edib
Siyasət 10 Dek 2025 18:43:00 77 0
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa məktub ünvanlayıb.
Son.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Səmimi məktubunuza görə Sizə dərin təşəkkürümü bildirirəm. Xoş sözlərinizi, sülh və sabitlik naminə səylərimizə dair fikirlərinizi yüksək qiymətləndirirəm.
Münaqişələrin həllinə davamlı sadiqliyiniz, dialoqun irəlilədilməsində şəxsi iştirakınız və dünyanın müxtəlif bölgələrində gərginliyin azalmasına verdiyiniz töhfələr qəti inamıma görə, Nobel Sülh Mükafatı da daxil olmaqla, ən yüksək beynəlxalq tanınmaya tam layiqdir. Sizin qətiyyəti və məsuliyyəti rəhbər tutan liderliyiniz qlobal sülhün təşviqi uğrunda əsl xidmətin nümunəsidir.
Əminəm ki, davamlı dialoq və əməkdaşlıq vasitəsilə tərəfdaşlığımız ölkələrimizdə və onun hüdudlarından kənarda da sülhün, təhlükəsizliyin və rifahın möhkəmlənməsinə xidmət edəcəkdir.
Məktubunuzda ifadə olunan qarşılıqlı hörmət ruhuna və diqqətinizə görə səmimi minnətdarlığımı qəbul etməyinizi xahiş edirəm".
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda keçir
Bir müddət əvvəl Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsə
Britaniyanın bestseller qadın yazıçısı Sofi Kinsella 55 yaşında vəfat e
Xəbər verdiyimiz kimi, Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respubl
Bakıda fəaliyyət göstərən sığınacaqlardan birində qeydə alınan gör�
Sabah paytaxtın Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz
"What Car" ən etibarsız 5 elektrik krossoverini açıqlayıb.
"Səhər saat 8-də evdən çıxdılar. Saat 2-dən sonra bizimlə əlaqə
Beynəlxalq Muğam Mərkəzinin direktoru , Əməkdar artist, tarzən, Özbəkis
"Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyut
2026-cı ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi i
Azərbaycan Biznesinin İnkişafı Fondu Açıq Səhmdar Cəmiyyətinə çevrili
Şahin Məhərrəm oğlu Əliyev Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasın�
Xəbər verdiyimiz kimi, jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamand
