Masallıda avtomobil qaçıran şəxsin üstündə narkotik maddə aşkarlanıb


Sosial 24 Noy 2017 15:20:09 257 0

Masallıda avtomobil qaçıran şəxsin üstündə narkotik maddə aşkarlanıb

Faktla bağlı cinayət işi başlanılıb

 Masallı rayonunda avtomobil qaçıran şəxsin üstündə narkotik maddə aşkarlanıb.

Bu barədə "Report"un Cənub bürosuna DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumata görə, rayonun Ərkivan qəsəbə sakini Hüseynağa Cəfərov Masallı Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək noyabrın 22-də axşam saatlarında ona məxsus “VAZ-21011” markalı avtomobilin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobilin Ərkivan qəsəbə sakini 39 yaşlı Müçtəba Sadıxovun qaçırdığı müəyyən olunub. Görülmüş tədbirlərlə avtomobil Boradigah kəndi istiqamətində hərəkətdə olarkən saxlanılıb və sürücü ilə birlikdə RPŞ-yə gətirilib.

M.Sadıxovun üzərinə baxış keçirililərkən onun üzərindən narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanb, istintaq davam etdirilir.