Teymur Rəcəbov FİDE Qran-prisində növbəti qələbəsini qazanıb


Sosial 24 Noy 2017 01:42:21 611 0

Teymur Rəcəbov FİDE Qran-prisində növbəti qələbəsini qazanıb

Azərbaycan qrossmeysteri çinli rəqbini məğlub edib

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov cümə axşamı FİDE-nin Palma-de-Malyorka şəhərində (İspaniya) keçirilən son Qran-pri mərhələsinin 7-ci turunda qələbə qazanıb.

“Report” xəbər verir ki, şahmatçı Çindən olan rəqbi Li Çaonu 1:0 hesabı ilə məğlub edib.

Turun digər qarşılaşmalarının nəticələri:

Pyotr Svidler (Rusiya) - Xikaru Nakamura (ABŞ) - 0,5:0,5,

Din Lijen (Çin) – Aniş Qiri (Niderland) – 0,5:0,5,

Pavel Elyanov (Ukrayna) – Yon Lüdviq Hammer (Norveç) – 1:0,

Ernesto İnarkiyev (Rusiya) – Fransisko Valyexo (İspaniya) - 0,5:0,5,

Dmitri Yakovenko (Rusiya) – Pentala Xarikrişna (Hindistan) - 0,5:0,5,

Rixard Rapport (Macarıstan) - Levon Aronyan (Ermənistan) - 0,5:0,5,

Aleksandr Ryazantsev (Rusiya) – Boris Qelfand (İsrail) – 0:1,

Maksim Vaşye-Laqrav (Fransa) – Yevgeni Tomaşevski (Rusiya) - 0,5:0,5.

Doqquz turdan ibarət İspaniya mərhələsi noyabrın 25-dək davam edəcək.