AMEA alimlər üçün çoxmənzilli yaşayış binasının tikintisinə başlayıb


Sosial 23 Noy 2017 14:29:25 247 0

AMEA alimlər üçün çoxmənzilli yaşayış binasının tikintisinə başlayıb

Akif Əlizadə: "Bu binalardan Təhsil Nazirliyində çalışan alimlər də ev ala biləcək"

"Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Saray qəsəbəsində alimlər üçün çoxmənzilli yaşayış binasının tikintisinə başlayıb". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə AMEA-nın prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, həmin ərazidə bir neçə bina tikiləcək: "Saray qəsəbəsində "Science city" adlanan şəhərcik tikirik. Burada bir neçə çoxmərtəbəli bina inşa olunacaq. Düşünürəm ki, biz qarşıdakı iki ildə işləri tam görüb binaları alimlərimizə təhvil verə biləcəyik".

AMEA prezidenti bildirib ki, bu binalardan Təhsil Nazirliyində çalışan alimlər də ev ala biləcək: "Biz belə hesab edirik ki, Təhsil Nazirliyinə də töhfə verək. Bu səbəbdən də təhsil sahəsində çalışan alimlərimizin də bu binadan ev almasına şərait yaratdıq".