Azərbaycanda ilk qar yağıb - FOTO


Sosial 22 Noy 2017 18:13:01 257 0

Azərbaycanda ilk qar yağıb - FOTO

Qarın qalınlığı 5 santimetrə yaxındır

Daşkəsən və Gədəbəy rayonlarına qar yağıb.

"Report"un Qərb bürosunun məlumatına görə, günorta saatlarından yağan yağış daha sonra qara çevrilib.

Hazırda Daşkəsən rayonunda qarlı hava şəraiti davam edir və qarın qalınlığı 5 santimetrə yaxındır. Anoloji hava şəraiti Gədəbəy rayonunda da davam edir və orda da qalın qalınlığı 3-4 santimetri keçib. Hər iki rayonda qarlı hava şəraitinin davam etməsinə baxmayaraq, hələki avtomobil yollarında çətinliklərin yaranmadığı bildirilir.