Şəhidlərimizi təhqir edənləri zərərçəkənlər bağışladı, prokuror isə...
Digərləri 09 Dek 2025 19:07:00 77 0
Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə video çəkərək sosial şəbəkələrdə yayan və polis tərəfindən həbs olunan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu xəbəri də oxu: Güllələnmiş meyiti tapılan Nicat Mətanət Quliyevanın oğlu imiş
Son.az bakupost.az-a istinadla xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndirilən şəxslərin hər birinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini və cəza çəkildikdən sonra onların ölkədən məcburi çıxarılmasını təklif edib.
Zərərçəkən şəxslər şikayətçi olmadıqlarını bildirib, təqsirləndirilən 3 nəfərin bağışlanılmasını istəyib.
Vəkillər çıxışa hazır olmadıqları üçün məhkəmədən vaxt istəyiblər.
Növbəti məhkəmə prosesi dekabrın 16-na təyin edilib.
İttihama görə, sözügedən şəxslər bu il avqustun 16-da saat 17:00 radələrində Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər. Şəhid məzarlarının üzərindəki gülləri təpikləyiblər.
Qeyd edək ki, bu ilin avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmasından sonra Səbail Rayon Polis İdarəsində araşdırma aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Təqsirli bilinən şəxslərin barəsində Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər. Son.az
Rusiyanın İvanovo vilayətində qəzaya uğrayan An-22 təyyarəsindəki büt�
Google 2026-ci ildə ilk süni intellektli eynəklərini təqdim edəcək.
Sabunçu rayon Bakıxanov qəsəbəsində villada baş verən partlayışda öl�
Son zamanlar sosial şəbəkələrdə və müxtəlif internet platformalarında
Müğənni Kəmalə Qaramollayeva "Öz aramızda" verilişində göz n
Sabah Corat və Qobu qəsəbələrinin bəzi ərazilərində qaz təchizatı day
Gəncə Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlayan Ağstafa ra
"Bu yaxınlarda bir mərasimdə aparıcının "Sizi Azərbaycan Respub
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinə cəhd olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışmaq istəyərkən NATO ö
Rusiyanın Saxalin vilayətinə daxil olan Kuril adaları sahillərində güclü
Bakıda marketlərin birində oğurluq hadisəsi baş verib.
Ailə vəzifələrinə görə işçilər arasında hər hansı birbaşa və ya d
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZA
