AZAL AİBnin dəstəyi ilə dayanıqlı aviasiya sahəsində texniki layihəyə başladı
Digərləri 09 Dek 2025 17:07:00 60 0
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZAL) və Asiya İnkişaf Bankı (AİB) "ESG-nin əməliyyatlaşdırılması" (Ətraf mühit, Sosial və İdarəetmə) texniki dəstək layihəsinin başlanması və dayanıqlılıq sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıb.
Bu xəbəri də oxu: Goranboyda "Niva" ilə mikroavtobus toqquşdu Yaralılar var FOTO
Son.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Layihə aviaşirkətin ətraf mühit, korporativ idarəetmə və əməliyyat proseslərinə dayanıqlı inkişaf prinsiplərinin sistemli şəkildə inteqrasiyasını, biznes dəyərinin artırılmasını və dayanıqlı investisiya imkanlarının genişləndirilməsini nəzərdə tutur.
Memorandum "AZAL" QSC-nin prezidenti Samir Rzayev və AİB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal tərəfindən imzalanıb. Tədbirdə AİB-nin regional direktoru Enriko Pinali, həmçinin AZAL və bankın nümayəndələri iştirak ediblər.
AİB tərəfindən maliyyələşdirilən texniki dəstək layihəsinin elan olunması və tərəflər arasında imzalanan Memorandum 7 dekabr - Beynəlxalq Mülki Aviasiya Gününə həsr olunub. Bir il müddətinə həyata keçiriləcək "ESG-nin əməliyyatlaşdırılması" layihəsi çərçivəsində ESG prinsiplərinin əsas idarəetmə və əməliyyat proseslərinə inteqrasiyası təmin ediləcək.
Layihə, həmçinin dayanıqlı maliyyələşdirmə və "yaşıl" aviasiya təşəbbüslərinin inkişafı, biomüxtəlifliyin qorunmasına yönəlmiş layihələrin hazırlanması, əməkdaşların bu sahə üzrə bilik və bacarıqlarının artırılması, eləcə də ən müasir ESG hesabatlılıq sisteminin formalaşdırılmasını nəzərdə tutur.
Müğənni Lətifə sosial media hesabında oğlu Ariflə bağlı paylaşım ed�
Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri artırılacaq.
Fəhlə təhlükəli vəziyyətdə işləyir.
Azərbaycanda ilin son ayında unun topdansatış qiyməti açıqlanıb.
2025-ci ilin ən güclü smartfonlarının siyahısı açıqlanıb.
Türkiyənin ATV kanalında Esra Erolun aparıcılığı ilə yayımlanan ailə-
2024-cü ilin sonunda Suriyada 61 illik Bəəs rejimi devrilib.
Xalq artisti Röya Ayxan bayağı mahnı ifaçılarından danışıb.
İstanbul Konqres Mərkəzində keçirilən filmin qala gecəsində İbrahim Ta
IMDb-nin hər il açıqladığı "Dünyanın ən gözəl aktrisaları"
Kredit kartları müasir insanın gündəlik həyatının vacib bir hissəsidir.
Yeni ilə sayılı günlər qalmışkən, paytaxt sakinlərini ən çox maraqlan
Müğənni Mənzurə Musayeva qonaq olduğu "Rəngarəng" verilişind�
