Dino Ndlovu: "Sabahkı oyunda əlimizdən gələni edəcəyik"


Sosial 21 Noy 2017 13:53:46 280 0

Dino Ndlovu: "Sabahkı oyunda əlimizdən gələni edəcəyik"

“Komandada hər kəs oyunun vacibliyini bilir"

“Komandada hər kəs oyunun vacibliyini bilir. “Çelsi”nin real gücünü hər kəs bilir. Rəqibə hörmətlə yanaşırıq. Lakin İngiltərədəki ilk matç “Qarabağ”ın real gücünü əks etdirmirdi”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Dino Ndlovu noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin V turunda İngiltərənin “Çelsi” komandasına qarşı Bakıda keçirəcəkləri matç barəsində danışarkən söyləyib.

O, Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında bildirib ki, “Qarabağ” hər zaman növbəti oyunu düşünür: “Güclü komandalara qarşı oynayırıq. Rəqib bizdən daha çox təzyiq altında oynayır. Əlimizdən gələni edəcəyik. Alınsa yolumuza davam edəcəyik, əks təqdirdə, növbəti mövsüm barədə düşünəcəyik. Komandada hər kəs bilir ki, qol vurmaq önəmli deyil. Əsas olan ümumi nəticəyə köməklik göstərməkdir”.